Вернуться назад Распечатать

Britaniya Rusiya ilə əlaqəli 134 gəmiyə sanksiya tətbiq etdi

 Böyük Britaniya Rusiya ilə əlaqəsi olduğu iddia edilən 134 gəmiyə qarşı sanksiyalar tətbiq edib .


1xeber.media xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin saytında məlumat yer alıb.


Məlumatda qeyd olunur ki, məhdudiyyətlərə məruz qalan gəmilərin ümumi sayı 290-dan 424-ə yüksəlib.


Bundan əlavə, London BƏƏ-nin iki şirkətinə - “Intershipping Services” və “Litasco Middle East DMCC”yə məhdudiyyətlər tətbiq edib.