Вернуться назад Распечатать

Putinlə Əliyev arasında dialoq ölkələr arasında böhranı yumşalda bilər - Politoloq Lazoviç

Rusiya ilə Azərbaycan arasında dövlət başçıları səviyyəsində birbaşa dialoq ölkələr arasında böhranı yumşalda bilər.

1xeber.media xəbər verir ki, bunu Lenta.ru ilə söhbətində Rusiya Beynəlxalq Məsələlər Şurasının (RİAC) eksperti Milan Lazoviç deyib.

Onun sözlərinə görə, iki ölkənin liderləri - Vladimir Putin və İlham Əliyev arasında münasibətlər uzun müddətdir ki, konstruktiv və inamlıdır.

"Birbaşa təmas gərginliyin azalmasına kömək edə bilər" deyə Lazovic yekunlaşdırıb.

İyulun 20-də İlham Əliyev III Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bildirib ki, Ukrayna itirilmiş ərazilərin “işğalına razılıq verməməlidir”. Daha sonra Azərbaycan liderinin Ukrayna Silahlı Qüvvələrinin şevronlarını ukraynalı jurnalist Yelena Qurbanovadan hədiyyə aldığı video yayılıb. Orada prezident ona “yaxşı işini davam etdir” sözləri ilə təşəkkür edir.