Вернуться назад Распечатать

Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən ayrıldı

 

Su polosu üzrə Azərbaycan millisinin baş məşqçisi Panayotis Xronopulos vəzifəsindən ayrılıb.

1xeber.media Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev məlumat verib.

Z.Əliyev su polosunun Xorvatiyada daha çox inkişaf etdiyini və bu ölkənin biliklərindən yararlanmaq istədiklərini bildirib:

"Bu məsələ ilə yaxından məşğul olacağıq. Namizədləri nəzərdən keçirəcəyik".

Qeyd edək ki, yunanıstanlı mütəxəssis ötən ilin sentyabr ayından milli komandaya rəhbərlik edirdi.