Вернуться назад Распечатать

İsrail Qəzzanın HƏMAS-a aid olmayan qurumlara təhvil verilməsini müzakirə edir

İsrail hakimiyyəti Qəzza zolağına nəzarətin Fələstinin Həmas hərəkatı ilə əlaqəsi olmayan yerli strukturlara verilməsi imkanını müzakirə edir.

1xeber.media xəbər verir ki, bu barədə iyulun 22-də  İsraildəki diplomatik mənbə məlumat verib.

"Nəzərdən keçirilən ssenarilərdən biri Qəzzaya nəzarəti yerli strukturlara ötürməkdir. Bu, Qəzzaya HƏMASsız özünüidarəetmə şansı verəcək", - mənbə izah edib.

O, girovların azad edilməsi ilə bağlı aparılan danışıqlardan danışaraq qeyd edib ki, İsrail tərəfinin məlumatına görə, Qəzzada 20-yə yaxın girov sağ qalır və hazırda onlardan 10 nəfərin azad edilməsi müzakirə olunur.