Вернуться назад Распечатать

Çin Rusiyanın Ukrayna ilə müharibədə uduzmasına imkan vermək istəmir. Amma bundan sonra nə edəcək?

1xeber.media xəbər verir ki, görünür, bu yay Çin nəhayət ki, Rusiya-Ukrayna müharibəsində “neytral sülhməramlı” roluna son qoymaq və real prioritetlərini nümayiş etdirmək qərarına gəlib.

ÇXR lideri Si Tszinpinin Moskvada 9 may paradına rəmzi səfərindən sonra, iyulda Çin mediası Çin Xarici İşlər Nazirliyinin rəhbəri Vanq Yinin Pekinin Rusiyanın uduzmasını istəmədiyi barədə sözlərini “sızdırıb”.

"Vanq Yi Aİ-nin baş diplomatına bildirib ki, Pekin Rusiyanın Ukraynada uduzmasını istəmir, çünki o, bundan sonra ABŞ-ın bütün diqqətini Çinə yönəldəcəyindən qorxur", - Honq Konqun "South China Morning Post" qəzeti adı açıqlanmayan mənbələrə istinadən yazıb.

Çinin nəzarət etdiyi informasiya sahəsində bu, çətin ki, təsadüfi ola bilər.

Rəsmi olaraq, Çinin mövqeyi dəyişməyib - onlar Pekinin neytral qaldığını və "danışıqların, atəşkəsin və sülhün" tərəfdarı olduğunu təkid etməyə davam edirlər.

Bununla belə, Vanq Yinin sözləri təkzib edilməyib. Bu barədə jurnalist Sergey Morfinov məlumat yayıb.