Вернуться назад Распечатать

Tramp: Çin prezidenti Si Cinpin məni Çinə dəvət etdi

Çin prezidenti Si Cinpin ABŞ prezidenti Donald Trampı Çinə dəvət edib.

1xeber.media xəbər verir ki, Amerika lideri bunu iyulun 22-də Filippindən olan həmkarı kiçik Ferdinand Markos ilə Oval kabinetdə görüşü zamanı deyib.

“Prezident Si Cinpin məni Çinə dəvət etdi və yəqin ki, biz bunu yaxın gələcəkdə edəcəyik”, - Tramp deyib.

ABŞ prezidentinin sözlərinə görə, o, “yaxın vaxtlarda” Çinə səfər edəcək. Amerika lideri bu barədə yaxın vaxtlarda qərar qəbul edəcəyinə söz verib.