Вернуться назад Распечатать

Azərbaycan və “Baykar” şirkəti arasında yeni hərbi-texniki saziş imzalandı

Azərbaycan və Türkiyə arasında yeni müdafiə sənayesi sazişi imzalanıb

Türkiyənin “Baykar” Müdafiə Sənayesi şirkəti ilə Azərbaycan Müdafiə Nazirliyi arasında mühüm əməkdaşlığa imza atılıb. Tərəflər “IDEF2025” beynəlxalq müdafiə sərgisi çərçivəsində “Logistika Dəstəyi və Satış Müqaviləsi”nə imza atıblar.

1xeber.media xəbər verir ki, bu barədə "Baykar" şirkəti rəsmi sosial şəbəkə hesabında məlumat yayıb.

Paylaşımda hər iki ölkə arasında qurulan bu əməkdaşlığın gələcəkdə strateji əlaqələrə töhfə verəcəyi vurğulanıb və “Qardaş ölkələrə xeyirli olsun” arzusu ifadə edilib.