Avropa İttifaqı (Aİ) İsrail rəhbərliyi Qəzza zolağında mülki əhalinin müdafiəsi ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən imtina edərsə, müxtəlif əks tədbirlərə əl atmağa hazırdır.
1xeber.media xəbər verir ki, bu barədə iyulun 22-də Avropa diplomatiyasının rəhbəri Kaja Kallas məlumat verib.
"İsrail vədlərini yerinə yetirməsə, bütün variantlar qalır", - Kallas X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.
O, həmçinin vurğulayıb ki, Fələstin anklavında humanitar yardım paylama məntəqələrində dinc əhalinin öldürülməsinə heç bir bəraət qazandırmaq olmaz.