Dünyaca məşhur "heavy-metal" ulduzu, "Black Sabbath" qrupunun qurucularından biri olan Ozzi Ozborn 76 yaşında vəfat edib.
1xeber.media xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.
Musiqiçi bir neçə həftə öncə "Black Sabbath" qrupunun digər üzvləri ilə yenidən bir araya gələrək pərəstişkarları üçün vida konserti vermişdi.
Ailəsinin yaydığı açıqlamada deyilir:
"Sözlərlə ifadə edilə bilməyəcək dərəcədə böyük bir kədərlə sevgilimiz Ozzi Ozbornun bu səhər dünyasını dəyişdiyini elan edirik. O, ailəsinin əhatəsində və sevgi ilə vidalaşdı."
Ozzi Ozborn musiqi tarixində iz qoyan ifaları, səhnə performansları və "heavy metal" janrına verdiyi töhfələrlə yadda qalıb. Onun vəfatı dünya musiqi ictimaiyyətində böyük kədər doğurub