Вернуться назад Распечатать

Rusiya ilə gərginliyin idxal-ixraca və pul köçürmələrinə təsiri...

 Azərbaycan Mərkəzi Bankı (AMB) Rusiya ilə münasibətlərdə yaranmış gərginliyin idxal-ixrac əməliyyatlarına təsirini nəzarətdə saxlayır.


1xeber.media xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.


"Rusiya qeyri-neft-qaz sektoru üzrə əsas ticarət tərəfdaşlarımızdan biridir. Bu gün bu sahədə kəskin dəyişiklik görmürük", - deyə o qeyd edib.


AMB-nin Statistika departamentinin direktoru Samir Nəsirov isə deyib ki, dövlətlərarası gərginliklə bağlı həm idxal-ixracda, həm də pul köçürmələrində əhəmiyyəli dəyişiklik yoxdur.