Вернуться назад Распечатать

Füzulidə yanğın başladı - Helikopter cəlb olundu

 Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə açıq sahədə yanğın baş verib.


1xeber.media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.



Məlumatla əlaqədar əraziyə FHN-in Aviasiya dəstəsinin helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.


Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.