Вернуться назад Распечатать

Azərbaycanlı iş adamı klubu aldı, oğlunu transfer etdi

 

“Serik Belediyespor”un səhmlərinin 50 faizinin sahibi olan azərbaycanlı iş adamı Tufan Sadıqov oğlunu kluba transfer edib.

1xeber.media xəbər verir ki, İlya Sadıqov 1-ci Liqa təmsilçisinin formasını geyinəcək. 24 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

“Serik Belediyespor”un baş məşqçisi Sergey Yuran da oğlunu komandaya gətirib. 28 yaşlı sağ cinah müdafiəçisi 2025/2026 mövsümündə Antalya təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, “Sedrik Belediyespor” ötən mövsüm 2-ci Liqada qalib olub və 1-ci Liqaya yüksəlib.