Вернуться назад Распечатать

“Baza” Teleqram kanalının baş redaktoru barədə qərar verildi

Rusiyada “Baza” Teleqram kanalının baş redaktoru Qleb Trifonov barəsində həbs qərarı verilib.


1xeber.media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.


Məhkəmə Trifonovun sentyabrın 20-dək həbsdə qalması barədə qərar çıxarıb.


Qeyd edək ki, Qleb Trifonov rüşvət verməkdə ittiham edilir.