Вернуться назад Распечатать

Sumqayıta yeni marşrut xətti açılır

Gələn ilin yanvar ayından etibarən Bakının 20 Yanvar dairəsindən Sumqayıta müntəzəm marşrut xəttinin açılması nəzərdə tutulur. AYNA-dan bildirilib ki, hazırda marşrut şəbəkəsi təhlil edilir.

Deyilən istiqamətdə marşrut xəttinin açılmasının hərəkətə necə təsir göstərəcəyini nəqliyyat eksperti Eldəniz Cəfərov  açıqlayıb:

"Sumqayıta 20 Yanvar və Azadlıq metro stansiyalarının ərazisindən marşrut xətləri açılmışdı. 20 Yanvar ərazisindən növbəti marşrut xəttinin açılması əlbəttə ki müsbət haldır. Bunun Bakı-Sumqayıt istiqamətində vətəndaşların sərbəst hərəkətini təmin edəcəyini düşünürəm. Yeni marşrut xətti başqa yolla da təşkil oluna bilər, vaxta qənaət etmək üçün. Ola da bilər ki, ənənəvi Bakı-Sumqayıt şossesi ilə hərəkət etsin. Nəticədə sərnişinlərin daşınmasında irəliləyiş əldə olunacaq".