Вернуться назад Распечатать

Tramp Ukraynaya silah yardımı ilə bağlı açıqlama yaydı

 Avropa hələ üç il əvvəl Ukraynaya göndərdiyi silahların əvəzini ABŞ-a ödəməli idi.


1xeber.media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.


O qeyd edib ki, Vaşinqton AB ilə müqavilə bağlayıb və ona əsasən Avropa bütün hərbi texnikanın dəyərinin yüz faizini ödəyəcək:


“AB silahları alacaq, sonra paylayacaq və onların çoxu Ukraynaya gedəcək. Amma onlar bu pulu ABŞ-da bizim müdafiə şirkətlərinə xərcləyəcəklər. Düzünü desəm, bu, üç il əvvəl baş verməli idi”.