Вернуться назад Распечатать

Dövlət Neft Fondu və “Enfinity Global” arasında əməkdaşlıq Avropa ilə iqtisadi əlaqələrin dərinləşməsinə də töhfəsini verir - RƏY

Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) son dövrlərdə formalaşdırdığı investisiya siyasəti uzunmüddətli perspektivdə gələcək nəsillər üçün dəyər yaratmaq funksiyasını özündə səciyyələndirir. Fondun İtaliya bazarında real aktivlərə, xüsusilə infrastruktur və yaşıl enerji sektoruna yatırımlar yönəltməsi bir tərəfdən investisiya portfelinin diversifikasiyanı şərtləndirir, digər tərəfdən isə Avropa ilə iqtisadi əlaqələrinin dərinləşməsinə öz töfhəsini verir. Bütün bunların nəticəsində bu gün İtaliya ARDNF-in investisiya portfelində ilk 5-likdə yer almaqdadır.

Bu fikirləri xeber.media-a açıqlamasında iqtisadçı-ekspert, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Aslan Əzimzadə söyləyib.

O qeyd edib ki, digər önəmli məsələ, Azərbaycan ilə “Enfinity Global” şirkəti arasında əlaqələrin genişləndirilməsidir. “Azərbaycanın “Enfinity Global” şirkətinə məxsus Günəş elektrik stansiyalarından ibarət portfeldə 49 faizlik pay sahibi olması Fondun passiv investor kimi deyil, strateji tərəfdaş kimi çıxış etməsinə imkan yaradır. Sözügedən layihənin pay bölgüsündə nəzarət hüququnun 51 faizlə “Enfinity Global”da saxlanılması isə layihənin texniki baxımından rasional və effektiv idarə olunmasını təmin etməklə, ARDNF-yə riskləri bölüşmək və uzunmüddətli, sabit gəlir əldə etmək imkanı yaradır.

“Məhz alternativ enerji generasiyası kimi əlavə dəyər yaradan sektorlara ARDNF-in investisiya yatırması milli iqtisadiyyatın proporsional inkişafına zəmin yaradaraq, yeni texnoloji quruluşun prioritet istiqamətlərinin inkişafını şərtləndirir. Bu da uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatının preventiv iqtisadi inkişafının formalaşması üçün müsbət impulslar verə bilər. Elə bu səbəbdən ARDNF-in sözügedən istiqamətə investisiyalar yönəltməsi makroiqtisadi inkişafın və Fondun iqtisadi göstəricilərində müsbət dinamikanın formalaşması çərçivəsində zəruridir”, - deyə ekspert bildirib.