Xəbər verdiyimiz kimi, “Nəsimi” metrosunun yaxınlığında, Rəşid Behbudov küçəsi istiqamətində yerləşən və sakinlərin “Nəbatət bağı” adlandırdığı yaşıllıq sahəsi tamamilə baxımsız vəziyyətdədir.
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Axar.az-a verilən açıqlamada məsələnin Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə yönləndirildiyi bildirilib.
Yaşıllaşdırma Birliyindən isə verilən açıqlamada sözügedən ərazidə mütəmadi olaraq iməcliklərin keçirildiyi və nəzarətdə saxlanıldığı qeyd olunub:
“Şəhər ərazisində son illərdə bir çox park salınıb və bu proses mərhələli şəkildə davam edir. Gələcəkdə bu ərazinin abadlaşdırılması nəzərdə tutulur”.