Вернуться назад Распечатать

Sərhədi pozmağa cəhd göstərən İraq vətəndaşı saxlanılıb

 Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.


1xeber.media xəbər verir ki, iyul ayının 22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İraq İslam Respublikası vətəndaşı – Savfan Məhəmməd Əsəd saxlanılıb.


Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.