Mən sizə bu gün prezidentin bu “böyük” xəbərə reaksiyasını danışa bilərəm.
1xeber.media xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenkonun mətbuat katibi Nataliya Eysmont ölkə başçısının Estoniyaya girişinə ömürlük qadağa qoyulmasını şərh edərkən deyib.
“Prezident sözbəsöz belə dedi: “Təəssüf ki, mən heç vaxt Estoniyada olmamışam. Sanksiya tətbiqindən sonra isə hələ də düşünürəm: görəsən, sağ qalacam?” - o bildirib.
Qeyd edək ki, Estoniya hökuməti Lukaşenko da daxil olmaqla, 273 Belarus vətəndaşının ölkəyə girişinə qeyri-müəyyən müddətə qədər qadağa tətbiq edib.