Вернуться назад Распечатать

“Artsax”ı təbliğ edən “Şam-Fi” şirkətinin sahibi kimdir?

 

Məlum olduğu kimi, Azərbaycanda “Safdad” brendinə məxsus “Qarabağ” dovğası adlı məhsulun üzərində keçmiş Dağlıq Qarbağ Muxtar Vilayətinin xəritəsinə oxşayan təsvir əks olunub.

1xeber.media Tribunainfo.az-a istinadla  bildirir ki, “Şam-Fi” MMC-nin rəsmi saytında “Safdad” brendinin onlara məxsus olduğu qeyd olunub.

Amma şirkətin sahibi haqda hər hansı məlumata rast gəlinmir. Sadəcə, 2004-cü ildən fəaliyyət göstərdiyi qeyd olunub. Amma “artsax”ın qondarma xəritəsi ilə dovğa satırlar və indiyədək izahat verilməyib. Bu səhvi belə düzəltməyiblər. Əslində, şirkət rəhbərliyindən izahat alınmalıdır. Çünki ərazi bütövlüyümüzə hörmətsizlik edib. Sadəcə, şirkətin rəhbəri belə adını gizlədir.