Вернуться назад Распечатать

Səhhəti ağırlaşan Arif Babayev Bakıya gətirilir

 23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.


1xeber.media xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.


Bildirilib ki, pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub.


Hazırda müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti kritik ağır olaraq qiymətləndirilir.


Sağlamlıq durumuna uyğun olaraq paytaxtdakı tibb müəssisəsinə təxliyəsi planlaşdırılır.


***


Səhhəti ağırlaşdığına görə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən xalq artisti Arif Babayev Bakıya yola salınıb.


Bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.


Bildirilib ki, muğam ustası xüsusi ambulansla, təcili yardım həkimlərinin müşayiətilə paytaxta gətirilir.


"Qax Rayon Mərkəzi Xəstəxanasında bir gün qalıb. Lazımi müalicələrə baxmayaraq vəziyyətində irəliləyiş olmayıb. Hazırda səhhəti ağır stabil olaraq qalır. Huşu aydın deyil. Mərkəzi Gömrük Hospitalına aparılır", - A.Babayevin yaxınları söyləyib.