Вернуться назад Распечатать

Rusiya İsrailin qərarına qarşı çıxdı: Gözləyirik...

 Knessetdə İsrailin suverenliyinin İordan çayının qərb sahilinə qədər uzadılmasına dair qəbul etdiyi bəyannamənin yerinə yetirilməyəcəyini gözləyirik.


1xeber.media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.


XİN bildirib ki, sözügedən addım Fələstin-İsrail münaqişəsini daha da gərginləşdirəcək:


“Bu, İsrailin “Oslo prosesi” çərçivəsində üzərinə götürdüyü öhdəliklərə, həmçinin BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin müddəalarına ziddir”.


Qeyd edək ki, ötən gün Knesset İordan çayının qərb sahilinin ilhaqına səs verib.