Atəşkəs çağırışlarına baxmayaraq, Tailand və Kamboca arasında ağır artilleriya döyüşləri davam edir.
1xeber.media xəbər verir ki, bu barədə “Röyters” Tailand ordusuna istinadla məlumat yayıb.
Məlumata görə, səhər saatlarından etibarən Tailandın Ubon Raçathani və Surin əyalətlərində qarşıdurmalar baş verib.
Kamboca ordusu artilleriya və BM-21 “Qrad” reaktiv yaylım atəş sistemlərindən istifadə edib.
Rəsmilər Tailanddakı münaqişə bölgələrindən 100 min insanın təxliyə edildiyini bildirib.