1xeber.media 32gun.az-a istinadla xəbər verir ki, ləğv qərarına səbəb olaraq müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri təqdim edən və zəruri hallarda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması göstərilib. Bu, “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən tenderin keçirilməsinə maneə yaradıb.
Qeyd edək ki, satınalmanın ehtimal olunan dəyəri 3.824.419,93 manat təşkil edirdi.
Xatırladaq ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) rəhbəri Əli Tahir oğlu Nəbiyevdir.