ABŞ prezidenti Donald Trampın vəd etdiyi “Patriot” hava hücumundan müdafiə sistemlərindən biri Almaniyadan Ukraynaya gəlib.
1xeber.media xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
“Həmin həftənin sonunda “Patriot” hava hücumundan müdafiə sistemi Almaniya ilə bağlanmış müqavilə sayəsində artıq Ukraynaya gəlib”, - nəşr yazır.
Çatdırılma zamanı Ukraynaya əlavə tutucu raketlərin də ötürüldüyü də bildirilir. Bununla yanaşı, nəşr vurğulayır ki, bütün Avropa ölkələri öz hava hücumundan müdafiə sistemlərini Ukrayna ilə bölüşməyə hazır deyillər.
Bundan əvvəl “The Wall Street Journal” ABŞ-ın ilk növbədə “Patriot” sistemlərini Ukraynaya ötürən ölkələrə tədarük etmək qərarına gəldiyini yazmışdı. Belə ki, Tramp administrasiyası İsveçrəyə deyil, Almaniyaya üstünlük verib. Digər ölkələr Patriotu öz arsenallarından Ukraynaya göndərməyə razılaşdıqca, Tramp administrasiyası gələcək tədarük planlarını dəyişməyi planlaşdırır.