Bakıda təşkil edilən Avropa Cüdo Ümidləri turniri yeniyetmə cüdoçuların inkişafına müsbət təsir göstərəcək.
1xeber.media xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentinin müşaviri Natiq Bağırov Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan Avropa Cüdo Ümidləri turniri barədə jurnalistlərə açıqlamasında deyib. Bildirib ki, yarışda mübarizə aparan cüdoçuları gələcəkdə milli komandada görə bilərik: "Burada mübarizə aparan idmançılar bizim gələcəyimizdir. İnanıram ki, bu turnir gələcək illərdə də Azərbaycanda baş tutacaq".
Qeyd edək ki, beynəlxalq yarışda 12 ölkəni təmsil edən 88 klubun 436 idmançısı (364 oğlan, 72 qız) mübarizə aparır.
U-13 və U-15 yaş kateqoriyalarında keçirilən turnirdə 33 çəki dərəcəsində qaliblər və mükafatçılar müəyyənləşəcək.