Вернуться назад Распечатать

İtaliyada Qərbi Nil virusuna yoluxanların sayı 28-ə çatıb

İtaliyada Qərbi Nil virusuna yoluxanların sayı 28 nəfərə yüksəlib.

1xeber.media xəbər verir ki, Latsio regionunda 7 yeni yoluxma faktı qeydə alınıb. Bu, əsasən son bir həftədə baş verib. Onlardan 2-si paytaxt Roma yaxınlığında, Anzio və Nettuno bölgələrində qeydə alınıb.

Spallanzani İnstitutunun məlumatına görə, hazırda 11 xəstə adi palatalarda müalicə alır, ikisi isə reanimasiyadadır.

İlin əvvəlindən İtaliyada virusa 32 yoluxma faktı qeydə alınıb. 2024-cü ildə isə 460 yoluxma faktı və 20 ölüm olub.

Ağcaqanadların yoluxdurduğu xəstəliyə tutulanların təxminən 80 faizində heç bir əlamət olmadığı halda, 20 faizində hərarət, halsızlıq, ürəkbulanma, qusma, başağrısı, əzələ ağrısı kimi simptomlar müşahidə edilir. Qərbi Nil virusuna yoluxma faktlarına daha çox Afrika, Avropa, Yaxın Şərq, Şimali Amerika və Qərbi Asiyada rast gəlinir.