Вернуться назад Распечатать

Kamran Talıbov: Avropa Cüdo Ümidləri turniri uşaqlar üçün bir növ festival xarakteri daşıyır

Bakıda Avropa Cüdo Ümidləri turniri iki gün davam edəcək.

1xeber.media xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini və idman direktoru Kamran Talıbov Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan Avropa Cüdo Ümidləri turniri barədə jurnalistlərə açıqlamasında deyib.

O, iki gün ərzində yarışlarla yanaşı, seminarların da təşkil olunacağını bildirib: “13 və 15 yaşadək uşaqlar üçün seminarlar keçiriləcək. Turnirin əsas məqsədi seminarların təşkili edilməsidir. Burada Yaponiya, Serbiya və Azərbaycandan olan mütəxəssislər iştirak edirlər. Seminarda gənc cüdoçulara fiziki və texniki bacarıqlar öyrədilir. Bu yarış uşaqlar üçün bir növ festival xarakteri daşıyır".

İdman direktoru digər ölkələrdə təşkil edilən Avropa Cüdo Ümidlər turnirdə azərbaycanlı mütəxəssislərin də iştirak etdiyini xatırladıb.

Qeyd edək ki, beynəlxalq yarışda 12 ölkəni təmsil edən 88 klubun 436 idmançısı (364 oğlan, 72 qız) mübarizə aparır.

U-13 və U-15 yaş kateqoriyalarında keçirilən turnirdə 33 çəki dərəcəsində qaliblər və mükafatçılar müəyyənləşəcək.