Вернуться назад Распечатать

İki il sonra hərbi formada və general rütbəsi ilə iclas keçirdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general kimi ilk dəfə hərbi formada iclas keçirib. 

1xeber.media  məlumatına görə, 17 aprel 2023-cü il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyinat alan Mürsəl İbrahimova 25 iyun 2025-ci il tarixdə general-mayor ali hərbi rütbəsi verilib. Bu barədə ölkə başçısı sərəncam imzalayıb. 
2023-cü ildən görüş və iclaslarını mülki formada keçirən Dövlət Xidmətinin rəisi bu gün iyul çağırışının gedişatı ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclasında ilk dəfə olaraq genral-mayor ali rütbəsində hərbi formada görüntülənib.
Qeyd edək ki, o, 1992-ci ilin avqust ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə xidmətə qəbul olunaraq, nazirliyin qurumlarında, o cümlədən Daxili Təhqiqatlar İdarəsinin əməliyyat, ərizə və şikayətlər şöbələrində müxtəlif vəzifələrdə xidmət keçib. 
2006-cı ilin sentyabr ayından xidməti Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində (Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti) davam etdirib, İnspektorluq İdarəsində müxtəlif zabit, şöbə rəisi vəzifələrində xidmət keçib. 2008-ci ilin aprel ayında həmin idarənin rəis müavini, 2011-ci ilin may ayından isə nazirliyin Kadrlar Baş İdarəsinin rəis müavini vəzifələrində xidmətini davam etdirib. 2015-ci ilin noyabr ayında öz arzusu ilə polkovnik rütbəsində təhlükəsizlik orqanlarının ehtiyatına buraxılıb.