Вернуться назад Распечатать

“Neftçi”nin növbəti yoxlama oyunu bu tarixdə keçiriləcək

“Neftçi” iyulun 27-də Polşa təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirəcək.

Bu barədə 1xeber.media a futbol klubun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Ağ-qaralar” Yunanıstanın “Asteras Tripolis” klubu ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 19:00-da (yerli vaxtla 17:00) start götürəcək matç Keltse şəhərindəki Pilkarski stadionunda təşkil olunacaq.

Tərəflərin istəyinə əsasən, oyun canlı yayımlanmayacaq.

Qeyd edək ki, “Hapoel Təl-Əviv” (1:1) və “Termalitsa Nyeçetşa” (2:2) ilə heç-heçə edən “Neftçi” sonuncu sınaq matçını avqustun 1-də AEL (Kipr) klubuna qarşı keçirəcək.