Вернуться назад Распечатать

Pezeşkiandan Azərbaycanla bağlı çağırış

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, onun administrasiyasının xarici siyasət prioriteti qonşu ölkələrlə əlaqələri gücləndirməkdir.

1xeber.media xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

Pezeşkian qonşularla, o cümlədən Türkiyə, Türkmənistan, Azərbaycan, Əfqanıstan, Pakistan və Körfəz ölkələrilə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, qonşu ölkələrlə münasibətlərin yaxşılaşdırılması daha böyük nailiyyətlərə gətirib çıxara bilər.

İran prezidenti diplomatları bu istiqamətdə daha fəal olmağa çağırıb.