Вернуться назад Распечатать

BMT Təhlükəsizlik Şurasında ABŞ və Çin arasında Ukrayna ilə bağlı qalmaqal alovlanıb

BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında ABŞ və Çin nümayəndə heyətləri arasında Ukrayna ilə bağlı mübahisə yaranıb.

1xeber.media xəbər verir ki, bu barədə iyulun 26-da Reuters agentliyi məlumat yayıb.

ABŞ-ın BMT-dəki səfiri vəzifəsini icra edən Doroti Şih Çini Rusiyaya hərbi-sənaye kompleksində istifadə oluna biləcəyi iddia edilən məhsulların tədarükünü dayandırmağa çağırıb.

Çin nümayəndəsi Qenq Şuanq ittihamları rədd edib. O bildirib ki, Çin münaqişə tərəfi deyil və heç bir tərəfə silah tədarük etməyib. Bundan əlavə, diplomat Vaşinqtonu günahı başqasına çevirmək və qarşıdurma yaratmaq praktikasından əl çəkməyə çağırıb.