Вернуться назад Распечатать

Zaxarova rusofobiya ilə mübarizə üçün beynəlxalq gün yaradılmasının zəruriliyini bəyan edib

Russofobiyaya qarşı beynəlxalq gün yaratmaq lazımdır.

1xeber.media xəbər verir ki, bunu iyulun 26-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ümumdünya Gənclər Festivalı Direktorluğunun dövlət idarəçiliyi nümayəndələri üçün Yay Məktəbində çıxışı zamanı deyib.
"Bu gün, son illərin təcrübəsinə əsaslanaraq, artıq danışmaq və hərəkət etmək lazımdır ki, rusofobiyaya qarşı bir gün, rusofobiyaya qarşı beynəlxalq gün yaransın", - o qeyd edib.

Zaxarova vurğulayıb ki, bir çox faciələrə səbəb olan rusofobiya və onun Qərb ölkələrinin yaydığı təbliğatdır. Onun sözlərinə görə, Ukrayna "rusofobiyanın cəhənnəm bayraqları altında" silahla təmin olunur.