“NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ” Publik Hüquqi Şəxs tərəfindən keçirilən təmir-tikinti materiallarının satınalınması tenderində qalib “GÜVƏN LUX” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
1xeber.media 32gun.az istinadla xəbər verir ki, tərəflər arasında 70169,89 AZN-lik müqavilə bağlanacağı gözlənilir.
Satınalınan avadanlıqlar arasında krantlar (qab yuyan üçün, aftafalı), uzadıcı (traynik 5 metr) və su krantı üçün qoşa şlank yer alır. Bu təchizatlar universitetin müxtəlif təmir və tikinti işlərində istifadə olunacaq.
Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus Saleh oğlu İsayevdir.