Вернуться назад Распечатать

Aygün Əliyeva 168 min manatlıq kofe aparatı alır

  “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” Publik Hüquqi Şəxsi elektron-texniki avadanlıqların satın alınması ilə bağlı tender elan edib.

1xeber.media 32gun.az -a istinadla xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 168569,49 AZN təşkil edir.

Alınacaq avadanlıqlar arasında kondisioner, televizor altlığı, kofe aparatı, kamera batareyası, notbuk və digər texniki vasitələr yer alır.

Satınalmanın məqsədi Agentliyin fəaliyyətinin texniki təminatını yaxşılaşdırmaq və iş mühitinin daha funksional hala gətirilməsidir.

Qeyd edək ki, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevadır.