Вернуться назад Распечатать

Yeni rektor Universitetə 860 min manatlıq rəhbər kreslosu və pərdə alır

Mingəçevir Dövlət Universiteti inventarların alınması və quraşdırılması ilə bağlı satınalma həyata keçirir.

1xeber.media xəbər verir ki, universitet bu məqsədlə 860.194,43 manat vəsait ayırıb.

Alınacaq inventarlar sırasında pərdə jalüz, 2 və 3 yerli partalar (1+2, 1+3), kompüter masaları, 2 qapılı paltar dolabları, oturacaqlar, Rəhbər kreslosu və digər avadanlıqlar yer alır.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovdur.