Вернуться назад Распечатать

Trampın Şotlandiyaya gəlişinə etirazlar başladı

STV-nin iyulun 26-da verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın Şotlandiyaya səfərinə qarşı kütləvi etiraz aksiyaları keçirilib.
Tramp Şotlandiyaya iyulun 25-i axşam gəlib.

1xeber.media xəbər verir ki, bura çatdıqdan sonra 2014-cü ildə aldığı “Trump Turnberry Hotel”ə yollanıb.İyulun 26-da səhər saatlarında Tramp qolf meydançasında görüntülənib.

“Şotlandiyaya şəxsi səfərinin əvvəlində qolf oynayarkən görüntülənən prezident Trampa qarşı etirazlar bütün ölkədə davam edir”, – nəşr yazır.