Avropa İttifaqı (Aİ) əl yükündə mayelərin daşınması qaydalarını dəyişəcək.
1xeber.media xəbər verir ki, bu barədə “Euronews” telekanalı Avropa Komissiyasından (AK) alınan məlumata istinadən xəbər verir.
Qeyd olunur ki, əl yükündə daşınan mayenin icazə verilən maksimum həcminin bir litrdən iki litrə qədər artırılmasını nəzərdə tutan düzəlişlər edilir.
Həmçinin sərnişinlərdən artıq həcmi 100 millilitrdən çox olmayan qablarda maye daşımaq tələb olunmayacaq.
Bundan əvvəl ruslar türk aviaşirkətinin baqaj daşınması ilə bağlı yeni qaydalardan kütləvi şəkildə şikayət etmişdilər. Türk Hava Yollarının sərnişinləri bildirdilər ki, daşıyıcı çamadanları bir neçə gündən bir böyük partiyalarla Rusiyaya göndərməzdən əvvəl “yığmağa” başlayıb.