Вернуться назад Распечатать

Lebedev: “Naxçıvan Yer kürəsinin ən mənasız və darıxdırıcı yeridir”

Dünyanın tanınmış səyahətçisi Artemi Lebedev deyib: “Naxçıvan Yer kürəsinin ən mənasız yeridir”.

1xeber.media xəbər verir ki,dünyanın əksər ölkələrini gəzən Lebedev iki gün də Naxçıvanda qalmağı planlaşdırıb. Amma yalnız 1 gün Muxtar Respublikada qala bilib. Ertəsi gün tələm-tələsik Naxçıvanı tərk edən səyahətçi bunu Muxtar Respublikanın “darıxdırıcılığı” ilə izah edib.
"Bu yer o qədər qeyri-real, sönükdür ki… sadəcə fantastik dərəcədə. Mən başa düşmürəm ki, onlar bunu necə bacarıblar",- Lebedev “VKontakte” sosial şəbəkəsində paylaşıb.
Qeyd edək ki, Artemi Lebedev 2010-cu ildə Azərbaycanın icazəsi olmadan Qarabağa səfər etmiş, 2025-ci ilin fevral ayında bu səfərə görə bütün Azərbaycan xalqından üzr istəmişdi. Azərbaycan da həmin üzrxahlığını nəzərə alıb Lebedevə qarşı tətbiq etdiyi ölkəyə giriş qadağasını ortadan qaldırmışdı. Görünən budur ki, səyyah "sanksiya"ların ləğvini fürsət bilib Naxçıvana gəlib. Və böyük xəyal qırıqlığı, peşmançılıq hissi ilə 1 gündən sonra Muxtar Respublikanı tərk edib.