Вернуться назад Распечатать

Məleykə Abbaszadə 221 min manatlıq Notebook ve personal kompüter almaq istəyir

 

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) müxtəlif kompüter və kompüterlə əlaqəli avadanlıqların satınalınması ilə bağlı keçirdiyi tenderin nəticəsini açıqlayıb.

1xeber.media 32gun.az istinadla xəbər verir ki, satınalmanın qalibi "HALAL-P" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında  221.651,2 manat məbləğində müqavilə bağlanacağı gözlənilir.

Məlumata görə, satınalma çərçivəsində quruma 8 çeşid notebook, 4 çeşid monitor, 9 çeşid personal kompüter, həmçinin skaner, lazer printeri, video kamera və fotoaparat təhvil veriləcək.

İqtisadiyyat Nazirliyinin reyestrinə əsasən, qalib şirkətin nizamnamə kapitalı 10.000 manat, qanuni təmsilçisi isə Səbinə Cəfərova Namət qızıdır.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadədir.