Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvləri hələ də öz platformalarında bir-birləri ilə müzakirələr apara bilərlər - bu iş dayanmayıb.
1xeber.media xəbər verir ki, bu barədə iyulun 28-də "İzvestiya"ya təşkilatın Cenevrədəki ofisinin direktoru Tatyana Valovaya parlamentlərin qadın spikerlərinin 15-ci Sammiti çərçivəsində məlumat verib.
"İnanıram ki, Cenevrə, bütövlükdə Birləşmiş Millətlər Təşkilatı kimi, bütün üzv ölkələrin iştirak etdiyi, dialoqun və müzakirələrin aparıldığı platforma olaraq qalır. Bütün bu illər ərzində bizim platformamızda bütün üzv ölkələrin iştirak etdiyi çoxlu sayda tədbirlər keçirilib", - o vurğulayıb.
“Hərtərəfli və davamlı sülhün təmin edilməsində aparıcı rol” mövzusunda keçiriləcək sammitdə Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matviyenko da iştirak edəcək.