Вернуться назад Распечатать

Ukraynada ABŞ-ın iki “Black Hawk” hərbi helikopterindən biri məhv edilib

ABŞ-ın iki UH-60 Black Hawk hərbi helikopterindən biri Ukraynada məhv edilib. O, Baş Kəşfiyyat İdarəsi (GUR) tərəfindən diversantların daşınması üçün istifadə edilib.

1xeber.media xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

“İki Ukrayna Qara Şahinindən biri “İskəndər” raketi ilə məhv edilib”, - məlumatda deyilir.

Gecə saatlarında Ukraynada hərbi və enerji obyektlərinə edilən hücumlar zamanı 100-dən çox “Geran” pilotsuz uçan aparatından da istifadə edildiyi vurğulanır.

İyulun 28-də Rusiya Müdafiə Nazirliyi Rusiya ordusunun Kinjal hipersəs raketləri ilə Ukraynadakı hədəfləri vurduğunu bildirib.