Вернуться назад Распечатать

Tramp İranın nüvə infrastrukturunu yenidən vurmağa hazır olduğunu bildirib

ABŞ İranın nüvə obyektlərinə yenidən zərbələr endirməyə hazırdır.

1xeber.media xəbər verir ki, bunu iyulun 28-də Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşdən sonra keçirilən mətbuat konfransında ABŞ prezidenti Donald Tramp deyib.

"Biz onların (İranın - red.) nüvə imkanlarını məhv etdik. Onlar yenidən başlaya bilərlər. Əgər etsələr, biz onu sizin barmağınızla silkələdiyinizdən daha tez məhv edəcəyik", - deyə Reuters onun sözlərindən sitat gətirir.

O əlavə edib ki, ABŞ İrandan “çox xoşagəlməz siqnallar” alır.