Avropa İttifaqı (Aİ) ittifaqla ABŞ arasında ticarət sazişinin bir hissəsi olan ABŞ iqtisadiyyatına 600 milyard dollar sərmayə qoya bilməyəcək.
1xeber.media xəbər verir ki, bu barədə iyulun 29-da “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.
"Aİ-nin iki rəsmisinin sözlərinə görə, bu, bütün vəsaitlərin Brüsselin səlahiyyəti olmayan özəl sektordan gəlməsi ilə bağlıdır", - nəşr qeyd edir.
Nəşrin məlumatına görə, Avropa Komissiyası (AK) özəl sektorun 600 milyard dollarlıq hədəfə çatmasını təmin etmək üçün bəzi stimullar tətbiq edəcəyini bildirib. Lakin investisiya üçün heç bir müddət göstərilməyib.