Mərkəzi Nəbatat Bağında istənilən növ canlıların, o cümlədən həşəratların mövcudluğu mümkündür.
1xeber.media xəbər verir ki, bu barədə Mərkəzi Nəbatat Bağının azyaşlını ilan vurması ilə bağlı açıqlamasında bildirilib.
“Bağda təbiətlə vəhdət təşkil edən bir ərazi kimi flora və faunanın qorunmasına xüsusi diqqət yetirilir. Bu səbəbdən, Nəbatat Bağında yaşayan canlılara müdaxilə isə təbiətlə balansın pozulması ilə nəticələnər ki, bu da ekoloji baxımdan mənfi təsirlərə yol açar”, - açıqlamada qeyd olunub.
Bağın rəhbərliyi sakinlərdən və şəhərin qonaqlarından Mərkəzi Nəbatat Bağında təyin olunmuş yerlərdə gəzmələrini, azyaşlıları diqqətdən kənar qoymamalarını xahiş edib.