Вернуться назад Распечатать

İsrail səfirinin Azərbaycan albomunda nələr var?

İsrailin Azərbaycandakı səfiri Corc Dikin missiyası başa çatıb.

1xeber.media xəbər verir ki, bu barədə İsrailin ölkəmizdəki səfirliyi paylaşım edib.

“6 illik dostluq, qarşılıqlı hörmət. 6 ildir ki, xalqlar arasında körpülər qurur.

Səfir Corc Dik Azərbaycandakı tarixi missiyasını başa vuraraq, dərinləşmiş əlaqələr, mənalı tərəfdaşlıq və səmimi münasibətlər irsini miras qoyur. Unudulmaz 6 il üçün təşəkkürlər”, - paylaşımda qeyd olunub.

Videoda səfir səlahiyyət dönəmində Azərbaycandakı mühüm tarixi hadisələrdən bəhs edən fotoalbomunu nümayiş etdirib.

Qeyd edək ki, Corc Dik Bakıdakı vəzifəsinə 2019-cu ildə başlayıb.

[media=]