Xəbər verdiyimiz kimi, Rusiyanın Kamçatka yarımadasında 8,7 maqnitudalı zəlzələ baş verib.
1xeber.media xəbər verir ki, Petropavlovsk-Kamçatski şəhərində bəzi binalar zədələnib, uşaq bağçasının binasında divar uçub.
İlkin məlumatlara görə, xəsarət alan yoxdur.
Sakinlərin sözlərinə görə, zəlzələ 7 dəqiqədən çox davam edib.
Sosial şəbəkələrdə yayılan bir videoda zəlzələ anında əməliyyat aparan həkimlərin cəsarəti diqqət çəkib.
Şiddətli silkələnmə anında xəstəni yalnız qoymayıb əməliyyata davam edən həkimlərin videosu qısa zamanda çoxsaylı bəyəni toplayıb.