Вернуться назад Распечатать

Azərbaycanda 21 yaşlı gəlin qayınanasının həyatına son qoydu

 

Astarada qadın qətlə yetirilib.

1xeber.media xəbər verir ki, hadisə rayonun Kakolos kəndində gecə saatlarında baş verib qeydə alınıb.

Belə ki, 1970-cı il təvəllüdlü Xalidə Manafova çoxsaylı bıçaq xəsarətləri qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən qadının gəlini, 2004-cü il təvəllüdlü Ruhanə İmanovanın yeri müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.