Вернуться назад Распечатать

Samuxda 35 yaşlı qadını ilan sancdı

 Samux sakinini ilan sancıb.


1xeber.media məlumatına görə, hadisə rayonun Köbər kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1990-cu il təvəllüdlü Ş.Qafarova həyatyanı sahəsində işləyərkən onu ilan sancıb.


Xəstə dərhal xəstəxanaya yerləşdirilib, ona ilan zəhəri əleyhinə zərdab vurulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.