Вернуться назад Распечатать

Kamçatkada bir saat ərzində 7 zəlzələ baş verib

Kamçatkada bir saat ərzində yeddi zəlzələ qeydə alınıb, ən güclü ikisinin maqnitudası 6.0 olub.

1xeber.media xəbər verir ki, bu barədə iyulun 30-da Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin (FRC EGS RAS) Kamçatka filialının Teleqram kanalında məlumat verilib.

Xidmətin məlumatına görə, 6,0 bal gücündə ilk zəlzələ Petropavlovsk-Kamçatskidən 402 km aralıda baş verib. Zəlzələnin ocağı 33 km dərinlikdə yerləşib. Bir saatdan az sonra qeydə alınan ikinci təkan şəhərdən 402 km aralıda, ocağı isə 77 km dərinlikdə yerləşib.

Zəlzələlərin hiss olunma qabiliyyəti ilə bağlı hələlik məlumat yoxdur. Mütəxəssislər bölgədə seysmik aktivliyin monitorinqini davam etdirirlər.